“Movinga” şirkəti sahibkarlıq fəaliyyəti üçün ən yaxşı 75 şəhərin reytinqini dərc edib.
Reytinqin lideri Böyük Britaniyanın London şəhəridir.
Mütəxəssislərin fikrincə, Şərqi Avropa regionunda sahibkarlar üçün ən yaxşı şəhər Estoniyanın paytaxtı olan Tallin şəhəridir (reytinqdə 29-cü yer).
Praqa şəhəri 47-ci, Budapeşt 56-cı, Buxarest 69-cu, Tbilisi isə reytinqdə 75-ci yer alıb.
Azərbaycanın şəhərləri reytinqə daxil olmayıb.
Qeyd edək ki, qiymətləndirilmə aşağıdakı kriteriyalar üzrə aparılmışdır:
- Restoran biznesinin açılması
- Texnoloji/rəqəmsal biznesin açılması
- İdxal/ixrac biznesin açılması
Dünyanın sahibkarlıq fəaliyyəti üçün ən yaxşı şəhərlərinin reytinqi:
- London
- Barselona
- Nyu-York
- Sinqapur
- Amsterdam
- Vankuver
- Los-Anceles
- Kuala-Lumpur
- Sidney
- İstanbul
Restoran sənayesi sahəsində ən yaxşı şəhərlər:
- Lissabon
- Barselona
- İstanbul
Texnologiyalar sahəsində ən yaxşı şəhərlər:
- San-Fransisko
- London
- Nyu-York
İxrac/idxal biznesi üçün ən yaxşı şəhərlər:
- Sinqapur
- Şanxay
- Amsterdam