10 C
Baku
Thursday, December 12, 2024

Sahibkarlar üçün pulun nağdlaşdırılmasına görə 1%-lik bank vergisi ləğv edilməyəcək

Vergilər Nazirliyi sahibkarların banklardan müəyyən olunmuş limitdən artıq nağd pul çıxarılmasına görə 1% dərəcəsi ilə tutulan sadələşdirilmiş verginin ləğvi barədə təklifinə münasibət bildirib.

Nazirliyin mövqeyini qurumun Əlaqələndirmə və idarəetmə Departamentinin baş direktorunun müavini Ömər Cəfərov açıqlayıb.

Onun sözlərinə görə, sözügedən verginin tutulması vergilərin yığılmasından daha çox ölkədə daimi hərəkətdə olan pul vəsaitlərinin uçotunu aparmağa, hesablaşmalar üzrə şəffaflığı artırmağa və zaman keçdikcə nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəz edilməsinə, bununla da ölkədə bank sisteminin inkişafına hesablanıb.

“Vergi orqanlarının həyata keçirdiyi inzibati tədbirlər nəticəsində 571 ödəyici 117,3 mln. manat məbləğində vəsaiti banka bərpa edib, 467 vergi ödəyicisinə 17,9 mln. manat vergi hesablanıb, 795 vergi ödəyicisi barədə isə tədbirlər davam etdirilir”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər