17 C
Baku
Monday, May 13, 2024

Sahibkarlar yoxlama prosesində səlahiyyətli nümayəndə vasitəsiylə də iştirak edə biləcək

Sahibkarlara yoxlama prosesində səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verilir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihənin 15-ci maddəsində nəzərdə tutulan əlavələr yoxlama prosesində sahibkara səlahiyyətli nümayəndə vasitəsi ilə iştirak etmək hüququ verir ki, bu da sahibkara yoxlama zamanı əsas fəaliyyəti üzrə işləri dayandırmamağa imkan verməklə, sahibkarlıq fəaliyyətinə rəhbərliyin fasiləsizliyini təmin edir;

Layihənin 17-ci maddəsində nəzərdə tutulan əlavədə yoxlayıcının eyniləşdirmə imkanı artırılır. Beləliklə, xidməti vəsiqəsi ilə birgə şəxsiyyət vəsiqəsinin də təqdim edilməsi də bu sıraya daxil edilir.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər