-3 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlara 2,3 milyard manat güzəştli kredit verilib

Bu günə qədər Sahibkarlığın İnkişafı Fondu tərəfindən layihələrin ümumi dəyəri 5,2 mlrd manatdan çox olan 36 mindən çox sahibkara 2,3 mlrd manat güzəştli kredit verilib.

Bunu Bakıda “İnnovativ sahibkarlığın inkişafında dövlətin güzəştli maliyyə dəstəyi” mövzusunda keçirilən konfransda İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.

Onun sözlərinə görə, bu kreditlər hesabına 166 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb: “Kreditlərin 1 milyard manatı büdcə, 1,3 milyard manatı isə geri qaytarılan vəsaitlər hesabına verilib. Bu kreditlərin 74%-i regionlarda, 26%-i Bakı şəhərinin qəsəbələrində fəaliyyət göstərən sahibkarlara verilib”.

S. Məmmədov qeyd edib ki, verilən kreditlərin 68%-i aqrar sektorun, 32%-i isə müxtəlif sənaye və digər sahələrin inkişafına yönəldilib.

Son xəbərlər
Digər xəbərlər