Sahibkarlığın İnkişafı Fondunda biznes nümayəndələri ilə görüş keçirilir.
Bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
Nazir qeyd edib ki, tədbirdə güzəştli kreditlərin sahibkarlar üçün əlçatanlığının artırılması, kreditlərdən səmərəli istifadə olunması, şəffaflıq və s. məsələlər müzakirə edilir.
Xatırladaq ki, ötən il Fond tərəfindən sahibkarlıq subyektlərinin ümumi dəyəri 397 mln. manat olan 908 investisiya layihəsinin maliyyələşdirilməsinə 127 mln. manatadək güzəştli kredit verilib. 2020-ci ildə güzəştli kreditlərin 58%-i aqrar sektorun, 42%-i sənaye məhsullarının istehsalı və emalı və digər sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 79%-i regionların, 21%-i isə Bakı şəhərinin qəsəbələrinin payına düşür.