13 C
Baku
Wednesday, May 8, 2024

Sahibkarlara kredit faizlərinin subsidiyalaşdırılması üzrə 68.5 mln. manat ödənilib

Yanvarın 1-dək İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər əsasında kredit faizlərinin subsidiyalaşdırılması çərçivəsində sahibkarlara 68.5 milyon manat ödənilib.

Banker.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün “Twitter” hesabında yazıb.

Nazir bildirir ki, Sahibkarlığın İnkişafı Fonduna daxil olmuş müraciətlər üzrə 71.9 milyon manat subsidiyanın verilməsi təsdiqlənib:

“Sahibkarlara dəstək çərçivəsində tətbiq edilən kredit faizlərinin subsidiyalaşdırılması mexanizmi iqtisadi aktivliyin təmin olunmasına və biznes subyektləri tərəfindən daha çox layihənin reallaşdırılmasına imkan yaradır”.

f4062242 fcdb 3ba8 91b7 7e50c94be5ed

Son xəbərlər
 ⁠
Digər xəbərlər