23 C
Baku
Saturday, April 20, 2024

Sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti qaydası müəyyənləşir

Sahibkarlara münasibətdə dövlət yanğın nəzarətinin həyata keçirilməsi qaydası müəyyənləşir.

Bununla bağlı “Yanğın təhlükəsizliyi haqqında” qanuna dəyişiklik edilir.

Layihəyə əsasən, dövlət yanğın nəzarəti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək.

“Texniki təhlükəsizlik haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, sahibkarlara münasibətdə təhlükə potensiallı obyektlərə də dövlət nəzarəti də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun tələbləri nəzərə alınmaqla həyata keçiriləcək

Qeyd edək ki, sahibkarlara münasibətdə dövlət yanğın nəzarəti dövlət nəzarət fəaliyyətinin xüsusi növüdür. Dövlət yanğın nəzarəti tikinti normalarının və standartlarının yanğına qarşı tələblərinə, yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasına nəzarət etmək və onların pozulmasının qarşısını almaq məqsədilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının yanğın nəzarətini həyata keçirən qurumunun vəzifəli şəxsləri tərəfindən aparılır.

 

 

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər