6 C
Baku
Sunday, December 15, 2024

Sahibkarlara ödənilən ixrac təşviqinin məbləği 7 mln. manata yaxınlaşıb

Bu günə qədər Azərbaycanda sahibkarlara 6,8 mln. manat ixrac təşviqi ödənilib.

Banker.az Reporta istinadlabildirir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, bunun 3,7 mln. manatı 2018-ci ilin əvvəlindən bəri ödənilib.

“İxrac təşviqi alan sahibkarlar məhsullarını əsasən ABŞ, Kanada, Rusiya, Qazaxıstan, Ukrayna, Belorus, Moldova, Gürcüstan, Latviya, Çexiya, Polşa, Çin, Cənubi Koreya, Malayziya, Avstraliya və digər ölkələrə ixrac ediblər”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər