Sahibkarlara ödəyəcəkləri gömrük rüsumu SMS vasitəsilə bildiriləcək

Sahibkarlara ödəyəcəkləri gömrük rüsumunun məbləği SMS vasitəsilə bildiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Sahibkarlar Gününə həsr olunmuş konfransda deyib.

O bildirib ki, Dövlət Gömrük Komitəsində vahid SMS-məlumatlandırma sistemi yaradılacaq. İstər sahibkarın idxal olunan məhsulunun sərhəd-keçid məntəqəsinə çatması, istərsə də ödəyəcəyi gömrük rüsumunun məbləği SMS vasitəsilə onlara bildiriləcək. Bu, idxalla məşğul olan sahibkarların işini asanlaşdıracaq.

MənbəAzərTac
Son xəbərlər
Digər xəbərlər