29 C
Baku
Friday, June 21, 2024

Sahibkarlara verilən kreditlərin şərtləri sadələşdiriləcək

Bu sözləri Vergilər Nazirliyində 2015-ci ilin 10 ayın yekunlarına dair mətbuat konfransı zamanı nazir müavini Natiq Əmirov bildirib.

Konfransda çıxış edən nazir müavini Natiq Əmirov bildirib ki, oktyabrın 12-də Nazirlər Kabinetinin iclasında prezidentin başçılığı ilə iclas keçirilib.
İclasda ölkə başçısı büdcə xərclərinin strukturuna yendən baxılması ilə bağlı göstəriş verib. Prezidentin həmin çıxışından sonra irəli gələn vəzifələr icra edilib. Sahibkarlıq subyektlərinin kredit resursları qaydaları sadələşdiriləcək.
2015-ci ilin 10 ayı üçün Vergilər Nazirliyi büdcəyə 5 milyard 970 milyon manat vəsait cəlb edib. Oktyabr ayında neft konsorsum üsulları 104 milyon manat az vəsait verib ki, bu da neftin qiymətinin aşağı düşməsi ilə əlaqədardır. İqtisadiyyatın bütün sahələrində 2015-ci ildə 136 milyon manat proqnozdan əlavə vergi daxil edilib. Vergilər Nazirliyi 542 milyon manat qeyri-neft sektorundan əlavə gəlir yığılıb. Büdcə gəlirləri bütün rayonlar üzrə 100 faiz icra olunub. İmişli Mingəçevir Goranboy rayonları öz vergilərini ödəyə biliblər.Naftalan şəhəri də gələn il öz xərclərini ödəyə biləcək şəhərlər sırasına salınacaq.
2015 –ci il üçün 112 milyon manat proqnoz tapşırıq icra olunacaq. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vergi sahəsinə şamil edilməməsi nəzərdə tutulub. Səyyar vergi yoxlamasının aparılmasının dayandırılması ilə yanaşı daha çox partnyorluq yoxlamalarının aparılması nəzərdə tutulub.
9967 səyyar yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 870 milyon toplanılıb. Bunlardan 710 milyonu dövlətə ödənilib. Sahibkarlar tərəfindən 77 min müraciət daxil olub. Bunlardan 2686-sı şikayət xarakterli olub. 642 vergi orqanı əməkdaşı cəzalandırılıb. 9 nəfərin vergi orqanlarında xidmətinə xitam verilib. O qeyd edib ki, 2015-ci ildə Vergilər Nazirliyi ilə büdcə daxilolmalarının 7 mlrd 112 mln.manat icra olunacağı proqnozlaşdırılır. Bu proqnoz da tərəfimizdən icra edilməlidir.
Həmçinin Natiq Əmirov ölkədə obyektlərin açılıb bağlanması məsələsinə də münasibət bildirib. O bunun dinamik proses olduğunu vurğulayıb: ” Hər il yeni obyektlər açılıb bağlanır. Yeni açılan obyektlərin sayı fəaliyyətini dayandıran obyektlərin sayı ilə müqayisədə kifayət qədər çoxdur. Çalışırıq ki, əhali işsiz qalmasın”.
2015-ci ilin yanvar-oktyabr ayları ərzində Vergilər Departamentliyində vergi cinayətləri ilə bağlı 2299 cinayət işi icraatda olub. Onlardan 1425-i üzrə müvafiq qəraarlar qəbul edilib, 874 cinayət işi isə noyabr ayı üzrə qalıqda qalıb. 208 cinayət işi ittiham aktı ilə məhkəməyə göndərilib. 527 işin icraatına xitam verilib. 455-i üzrə vurulmuş ziyan tam ödənilməklə cinayət prosessual məcəlləsinin 39.1 maddəsi üzrə qərarlar qəbul edilib. Yeddi cinayət işi aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göndərilib. 238 cinayət işinin icraatı dayandırılıb. İstintaqdan yayınan 386 nəfər məcburi qaydada istintaqa cəlb edilib. (azvision.az)
Son xəbərlər
 ⁠
Digər xəbərlər