Sahibkarlardan prioritet layihələr qəbul edilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Suraxanı rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Nazirliyin mətbuat xidmətindən Tend-ə verilən məlumata görə, Fond 2016-cı il mayın 26-da Suraxanı rayonunun Hövsan qəsəbəsində işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

– ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
– istixana və zeytunçuluq təsərrüfatlarının yaradılması;
– ət kəsimi, üzlük daşlar, polietilen paketlər və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172; tel.: (012) 434-74-29, faks: (012) 432-37-17; e-mail: info@anfes.gov.az

Son xəbərlər
Digər xəbərlər