11 C
Baku
Friday, October 25, 2024

Sahibkarları bezdirən qanunsuz yoxlamalardan çıxış yolu – VİDEO

Sahibkarlar yoxlamanın qanunsuz olduğunu necə müəyyən edə bilər?

Filan idarədən gəlmişik sizi yoxlamağa deyib sahibkarlar incidilir və onlardan qanunsuz pullar tələb olunur. Bəzən tələb olunan vəsaitlərin sahibkarın gəlirinə adekvat olmaması çoxlu iş yerinin bağlanmasına, nəticədə ölkə iqtisadiyyatının zəifləməsinə səbəb olur. 

Oxu.Az-ın məlumatına görə, “Xəzər Xəbər” sahibkarların problemlərini araşdırıb və ekpertlərlə birgə məsələnin həll yolunu axtarıb.

Müxtəlif dövlət qurumların tərəfindən qanunsuz yoxlamalar və sahibkarlardan əsassız tələb olunan vəsaitlər biznesin inkişafına böyük maneə yaradır, nəticədə iqtisadiyyatı zədələyir.

Azərbaycanda sahibkarlıq subyektlərini yoxlamaq səlahiyyəti olan 10-dan çox qurum var. Ancaq bu demək deyil ki, onlar yoxlamanı istədikləri kimi keçirə bilərlər. Aidiyyatı qurumlar hansı obyektdə yoxlama keçirəcəksə mütləq Ədliyyə Nazirliyinə müraciət etməli və elektron bazada yoxlamanın nə zaman harda keçiriləcəyini qeyd etməli, yoxlamadan öncə sahibkara məlumat verməlidir. Bəs sahibkarlar yoxlamanın qanunsuz olduğunu necə müəyyən edə bilər?

Ekspert Ruslan Atakişiyevin sözlərinə görə yoxlamalar zamanı sahibkarlar xüsusilə diqqətli olmalı və öz haqqlarını tələb etməkdən çəkinməməlidirlər. Sahibkarlardan yoxlama adı ilə qeyri-qanuni vəsaitlərin toplanmasının səbəblərindən biri də onların bu sahədə biliklərinin azlığından qaynaqlanır.

Sahibkarlar hansısa fəaliyyətə başlamaq üçün icazələrin alınmasına görə ödənən qanuni vəsaitlərin həcmini icazelər.gov.az saytından əldə edə bilərlər. Bütün rüsumların qanuni məbləğləri isə rüsum.az saytında qeyd olunub.

Sahibkarlar gələn yoxlamanın qanunsuz olduğunu müəyyən etdikdən sonra prosesə mane ola bilmədikdə yoxlamanı keçirən qurumların qaynar xəttlərinə, eləcə də hüquq-mühafizə orqanlarına müraciət edərək hüquqlarını tələb edə bilərlər.

[su_youtube url=”https://www.youtube.com/watch?v=1FiuApHxL_k”]

Son xəbərlər
Digər xəbərlər