26 C
Baku
Wednesday, April 24, 2024

Sahibkarların istilik şəbəkəsinə qanunsuz qoşulub-qoşulmadığı yoxlanacaq

Sahibkarlıq sahəsində aparılmasına icazə verilən yoxlamaların sayı artırılır.

Bu, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, bu qanununda nəzərdə tutulmuş müddətdə, yəni sahibkarlıq sahəsində yoxlamaların dayandırıldığı 2023-cü il yanvarın 1-dək istilik sayğaclarının göstəricilərinin oxunması zamanı müəyyən edilən həmin sayğaclara müdaxilə, habelə sayğacdan kənar istilik şəbəkəsinə qanunsuz qoşulma (təchizat müəssisəsinin razılığı olmadan şəbəkəyə qoşulma) hallarının araşdırılması ilə bağlı yoxlamalar aparıla bilər.

Həmin yoxlamalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla aparılacaq.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər