İpoteka və Kredit Zəmanət Fondunda Sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı mexanizminə həsr olunmuş görüş keçirilib.
Görüşdə qurumla əməkdaşlıq edən 18 müvəkkil bankın 50-dən çox təmsilçisi iştirak edib.
Görüşdə portfel təminatı mexanizmi ilə bağlı təqdimat nümaiş etdirilib, bank əməkdaşlarının sualları cavablandırılıb.