12 C
Baku
Monday, November 18, 2024

Sahibkarların manatla olan kreditlərinin faizləri üzrə hesablanmış subsidya həcmi azaldılıb

Azərbaycanda 2022-ci ildə sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə hesablanmış faizlərə görə İpoteka və Kredit Zəmanəti Fonduna subsidiyanın maliyyələşdirilməsi üçün ayrılan xərclər kəskin azaldılıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin təsdiq etdiyi 2022-ci ilin dövlət büdcəsi haqqına qanunda qeyd edilir.

İKZF-ə bu məqsədlər üçün cəmi 5 000 000 manat pul ayrılıb.

Qeyd edək ki, bu 2021-ci ildə 16 500 000 manat idi.

 

Son xəbərlər
Digər xəbərlər