7 C
Baku
Şənbə, Yanvar 22, 2022

Sahibkarların sayı açıqlandı – Bakı və Aran öndədir

2020-ci ilin aprelin 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 927 min 848 nəfərdir. Ötən ilin müvafiq dövründə isə 862 min 755 nəfər olub. Belə ki, bu il fərdi sahibkarların sayı 65 min 93 nəfər artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Hesabat dövründə hər səkkiz fərdi sahibkardan altısı “Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq”, “Ticarət; nəqliyyat vasitələrinin təmiri”, “Digər sahələrdə xidmətlərin göstərilməsi” və “Nəqliyyat və anbar təsərrüfatı” sahələri üzrə qeydiyyatdan keçib.

Sahibkarlıqla məşğul olmaq niyyətində olan fərdi sahibkarların əsas hissəsi Bakıda (30,5%), Aran (20,2%), Gəncə-Qazax (13,4%) və Lənkəran (9,7%) iqtisadi rayonlarında qeydiyyata alınmışdır.

Qeyd edək ki, fərdi sahibkarların 78,3%-ni kişilər, 21,7%-ni isə qadınlar təşkil edib.

Son xəbərlər
Oxşar xəbərlər