Azərbaycan sahibkarlarının 43%-nin maliyyə resurslarına çıxışı məhduddur və bu amil onların fəaliyyətinə mane olur.
Bu, Azərbaycan Sahibkarlar Konfederasiyanın (ASK) iş adamları arasında keçirdiyi soğru nəticəsində məlum olub.
Sorğu iştirakçılarının 14%-i xammal çatışmazlığından, 8%-i kadr çatışmazlığından, 4%-i isə qanunvericilikdəki çatışmazlıqlardan şikayətlənib, 31% fəaliyyətini məhdudlaşdıran amilin nə olduğunu deyə bilməyib.
İş adamlarının 59%-i yaxın 1 il ərzində gəlirlərinin artacağını gözləyir. 11% iştirakçı buna bir qədər şübhə ilə yanaşır, 18% iştirakçı az ehtimal edir, 2% iştirakçı isə gəlirlərinin artacağını gözləmir, 10% iştirakçı isə bu məsələnin onun üçün qeyri-müəyyən olduğunu bildirib.
©Report