12 C
Baku
Friday, November 1, 2024

“Sahibkarlığın İnkişaf Fondu” məsləhət almaq üçün 58 min manat ödəyəcək

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu publik hüquqi şəxs “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyət ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə məsləhət xidmətlərinin satınalınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 57 702 manatdır.

Qeyd edək ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti  2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Nuran Kərimovdur.

Son xəbərlər
Digər xəbərlər