Azərbaycan Respublikasının Sahibkarlığın İnkişaf Fondu publik hüquqi şəxs “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyət ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə məsləhət xidmətlərinin satınalınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği isə 57 702 manatdır.
Qeyd edək ki, “Deloitte & Touche” Məhdud Məsuliyyətli Auditor Cəmiyyəti 2002-ci ildə Azərbaycanda dövlət qeydiyyatına alınıb. Bu şirkətin qanuni təmsilçisi Nuran Kərimovdur.