22 C
Baku
Tuesday, August 16, 2022

Sahibkarlığın İnkişafı Fondu zərərdən mənfəətə keçdi

Sahibkarlığın İnkişafı Fondu 2021-ci ildə 17 milyon 683 min manat mənfəət edib. SİF 2020-ci ildə isə 32 milyon 229 min manat zərər etmişdir.

Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.

Sahibkarlığın İnkişafı Fondunun ötən il əməliyyat gəliri 14 milyon 319 min manat, əməliyyat xərcləri isə 6 milyon 86 min manat olub.

Bu il yanvarın 1-nə SİF-in aktivləri 842 milyon 108 min manat olub ki, bu da ötən illə müqayisədə 3% çoxdur. Fondun öhdəlikləri 3 dəfə azalaraq 16 milyon 986 min manata, balans kapitalı isə 0.8% artaraq 825 milyon 122 min manat olub.

 

 

Son xəbərlər
Oxşar xəbərlər