8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Sahibkarlığın İnkişafı Fond kreditlərin 92 faizini mikro, kiçik və orta biznesə verib

2021-ci ilin yanvar-sentyabr ayları ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən 1152 investisiya layihəsinin maliyyələşdirilməsinə 60.9 milyon manat güzəştli kredit verilib.

Bu barədə Banker.az-a SİF-dən bildirilir.

Fond bildirir ki, verilmiş kreditlər hesabına investisiya layihələri üzrə 1796 yeni iş yerinin yaradılması nəzərdə tutulur.

2021-ci ilin yanvar-sentyabr ayları ərzində kreditlərin layihə sayı üzrə 99.7%-i, kreditin məbləği üzrə 92%-i mikro, kiçik orta sahibkarlıq subyektlərinə verilib.

İqtisadiyyatın sahələri üzrə verilmiş kreditlərin layihə sayı üzrə 94.4%-i kənd təsərrüfatı məhsulları istehsalının payına düşür.

Kreditin məbləğinə görə verilmiş kreditlərin 83%-i kənd təsərrüfatı məhsullarının istehsalı və sənaye məhsullarının istehsalı və emalının payına düşür.

photo 2021 10 13 09 45 39

Son xəbərlər
Oxşar xəbərlər
X