26 C
Baku
Tuesday, May 28, 2024

Sahibkarlığın İnkişafı Fondu 10 ayda ₼127 mln. güzəştli kredit verib

Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ümumi dəyəri 294 milyon manatdan çox olan 2.4 mindən artıq layihəyə 127 milyon manat güzəştli kredit verib.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında nazir Mikayıl Cabbarov bildirib.

“Kreditlərin məbləğ üzrə 97%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb”, – deyə o qeyd edib.

“Bu il yerli istehsalın maya dəyərinin aşağı salınması, ixrac potensialının və istehsal olunan malların xarici bazarlarda rəqabət qabiliyyətinin artırılması məqsədilə yerli istehsalı olmayan və istehsal prosesində istifadə olunan 300-ə yaxın aralıq mallar idxal gömrük rüsumlarından azad edilib. Ölkənin əsas ticarət tərəfdaşlarından olan Türkiyə ilə preferensial ticarət sazişinin əhatə dairəsi genişləndirilib”, – deyə nazir əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər