Bu ilin fevral-noyabr aylarında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu Naxçıvan Muxtar Respublikasında 21 mikro sahibkara 1.4 milyon manatdan çox güzəştli kredit verilib.
Bunu nazir Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Ümumilikdə kənd təsərrüfatı üzrə 9, sənaye məhsullarının istehsalı (o cümlədən, aqrar emal) üzrə 6, ictimai iaşə sahəsində 3, logistika sahəsində 2 və turizm sahəsi üzrə 1 layihə güzəştli kreditlərdən yararlanıb”, – deyə o qeyd edib.