Banker.azın verdiyi məlumata görə, kredit götürənlər üçün Sahibkarlığın İnkişafı Fondu yeni dəstək mexanizmi təklif edib.
Belə ki, mexanizm üzrə minimum istehlak səbətinin tərkibində əsas ərzaq məhsullarının tədarükü və emalı, aqrar emal ilə məşğul olan mikro, kiçik və orta sahibkarlıq subyektlərinə 2022-ci ildə verilən, müddəti və faiz dərəcəsindən asılı olmayaraq məbləği hər bir sahibkarlıq subyekti üzrə 3 milyon manatadək olan kreditlərin faizinin 10% bəndinə qədər hissəsi 12 ayadək subsidiyalaşdırılacaqdır.