9 C
Baku
Friday, December 27, 2024

Sahibkarlığın İnkişafı Fondu 2023-cü ili 12.5 milyon manat xalis mənfəət əldə edib

2023-cü ildə İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 2022-ci il ilə müqayisədə 53% artaraq 20 milyon 779 min manat olub.

Bu barədə Banker.az-a Fonddan bildirilir. 2023-cü ilin maliyyə hesabatları “Baker Tilly Azərbaycan” audit şirkəti tərəfindən audit olunub və hesabatlara müsbət auditor rəyi verilib.

Əməliyyat xərcləri çıxılmaqla, Fondun vergidən əvvəl mənfəəti 15 milyon 108 min manat təşkil edib. Mənfəət vergisi xərci 2023-cü ildə 2 milyon 605 min manat təşkil edib.

Fond, 2023-cü ili 12 milyon 503 min manat mənfəətlə başa vurub.

31 dekabr 2023-cü il tarixinə Fondun cəmi aktivləri 6% artaraq 1,011,496 min manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat təşkil edib.

Sahibkarların maliyyə əlçatanlığının artırılması məqsədilə SİF tərəfindən son dövrlərdə daha çox kiçik və ortahəcmli kreditlər verilib. Beləliklə, kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 25% artaraq 130 milyon 447 min manat, ortahəcmli kreditlər isə 24% artaraq 169 milyon 936 min manat olub. Əlavə olaraq, hesabat dövrü ərzində Fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin olunub. Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10% artaraq 307 milyon 536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33%-ə yüksəlib.

Son xəbərlər
Digər xəbərlər