6 C
Baku
Çərşənbə, Yanvar 19, 2022

Sahibkarlığın İnkişafı Fondu daxili qaydalarının təkmilləşdirilməsi üçün məsləhət alacaq

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu daxili qaydalarının təkmilləşdirilməsi, əsasnamə və vəzifə təlimatlarının yenilənməsi və fəaliyyətinin qiymətləndirilməsi meyarlarının yaradılması üzrə məsləhət xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.

Tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.

Son xəbərlər
Oxşar xəbərlər