25 C
Baku
Sunday, April 21, 2024

Sahibkarlığın İnkişafı Fondu iki beynəlxalq bankdan maliyyə cəlb etməyi planlaşdırır

Azərbaycan Sahibkarlığın İnkişafı Fondu (SİF) növbəti illərdə Asiya İnkişaf Bankı (ADB) və Avropa Yenidənqurma və İnkişaf Bankından (EBRD) maliyyə cəlb etməyi planlaşdırır.

Bu barədə SİF-in uzunmüddətli və qısamüddətli emitent kredit reytinqlərini “BB-/B” səviyyəsində müəyyən edən “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin məlumatında deyilir.

“Ancaq, bu maliyyə institutlarının maliyyələşməsi əhəmiyyətli olacağını gözləmirik. Sahibkarlığın İnkişafı Fondunun likvidliyini adekvat hesab edirik.

Bu ilin ortalarına nağd pul və dövlət qiymətli kağızlarının SİF-in ümumi aktivlərinin təxminən 9 % -ni təşkil edir”, – S&P qeyd edib.

Fondun əsas gəlir mənbəyi, əməliyyat xərclərini ödəməsi üçün kifayət edən maliyyə institutlarına verilən kreditlər üzrə 1 %-lik faiz gəlirləridir.

Əlavə gəlir mənbəyi yerli dövlət istiqrazlarına qısamüddətli investisiyalar və digər banklardakı nağd hesablar üzrə faiz gəlirləridir.

SİF sahibkarlara %-lə kredit vermək üçün 40-a yaxın yerli bank və kredit ittifaqlarına 1 % dərəcəsi ilə kredit ayırır ki, bu da bazar faizlərindən xeyli aşağıdır və sahibkarlara sərfəli faizlə borc götürmək imkanı verir”, – S&P hesab edir.

Sahibkarlığın İnkişafı Fondu özünü kapital hesabına maliyyələşdirir, yeni kreditlər isə vaxtı çatan kreditlər üzrə əsas borc və faiz ödənişləri, habelə fondun öz kapitalı hesabına maliyyələşdirilir.

Bu ilin ortalarına SIF-in aktivləri təxminən 828 milyon manat (487 milyon ABŞ dolları) təşkil edib.

MənbəReport
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər