Sahibkarlığın İnkişafı Fondu (SİF) və Azərbaycan Banklar Assosiasiyasının təşkilatçılığı ilə müvəkkil kredit təşkilatlarının nümayəndələri ilə görüş keçirilib.
Onlayn görüşdə Fondun güzəştli kredit mexanizmi ilə bağlı 2024-cü il üzrə müəyyənləşdirilmiş prioritet istiqamətlər açıqlanıb. Bununla yanaşı, güzəştli kreditlərin verilməsi prosesində mövcud vəziyyət müzakirə olunub, SİF-in tövsiyələri təqdim edilib. Həmçinin sahibkarların güzəştli maliyyə dəstəyindən yararlanmaqla bağlı çətinlikləri diqqətə çatdırılıb, cari məsələlər üzrə təkliflər dinlənilib.