İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu 2024-cü ili 47 milyon 314 min manat mənfəətlə başa vurub. 2023-cü ildə SİF-in mənfəəti 12 milyon 503 min manat olub ki, bu da illik müqayisədə mənfəətin 4 dəfəyə yaxın artması deməkdir.
Banker.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il Sahibkarlığın İnkişafı Fondunun əməliyyat gəlirləri 20 milyon 779 min manatdan 27 milyon 687 min manata çatıb.
31 dekabr 2024-cü il tarixinə SİF-in cəmi aktivləri 5% artaraq 1 milyard 57 milyon manat təşkil edib. Bunun 679 milyon 196 min manatı kredit təşkilatlarına verilmiş kreditlərdir. Belə ki, Fondun kredit portfeli 0.2% azalıb.
Xatırladaq ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 31 iyul tarixli Fərmanı ilə 1992-ci ildə təsis edilmiş Sahibkarlığa Kömək Milli Fondunun hüquqi bazası əsasında yaradılıb.