16 C
Baku
Thursday, April 25, 2024

Sahibkarlıq sahəsində aparılan yoxlamalara “gömrük auditi” də daxil edildi

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Fərmanıa dəyişiklik edilib.

Bu barədə Fərmanı Azərbaycan Prezidenti imzalayıb. 

Fərmanda deyilir,

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının 1.1-ci bəndinə “vergi yoxlamalarına” sözlərindən sonra “, gömrük auditinə” sözləri əlavə edilsin.

(Əvvəl: 1.1. bu Fərmanın müddəaları vergi yoxlamalarına, bu Fərmanın 1.2-1-ci bəndində nəzərdə tutulmuş orqanlar tərəfindən dərman vasitələrinin keyfiyyəti, təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən yoxlamalara şamil edilmir;)

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər