29 C
Baku
Saturday, June 29, 2024

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması və Maliyyə Monitorinqinə dair fərmanda dəyişiklik edildi

Azərbaycan Prezidenti “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” 2015-ci il 26 oktyabr tarixli və “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” 2018-ci il 25 may tarixli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalanıb.

Banker.az xəbər verir ki, fərmanı Prezident İlham Əliyev bu gün imzalayıb.

Fərmanda deyilir,

1. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1410-IVQ nömrəli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 26 oktyabr tarixli 660 nömrəli Fərmanının 1.1-ci bəndinə “bağlı” sözündən sonra “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməsinə nəzarətin həyata keçirilməsi ilə bağlı həmin Qanunla müəyyən edilmiş nəzarət orqanları tərəfindən həyata keçirilən” sözləri əlavə edilsin.

2. “Azərbaycan Respublikasının Maliyyə Monitorinqi Xidmətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 may tarixli 95 nömrəli Fərmanının 2-ci hissəsinə “fəaliyyəti əlaqələndirən” sözlərindən sonra “, habelə həmin sahədə siyasətin formalaşmasında iştirak edən” sözləri əlavə edilsin.

Son xəbərlər
Digər xəbərlər