Bu yazımızda Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş “Sosial Sığorta haqqında” Qanuna edilmiş dəyişikliklər üzrə sahibkarlara tətbiq ediləcək məcburi dövlət sosial sığorta haqqı ödənişləri, həmçinin güzəştlər barədə məlumat verməyə çalışacağıq.
Müvafiq dəyişikliklər aşağıdakı kimidir:
1) 01.04.20-01.01.21-ci ilədək tikinti və ticarət sahələrində çalışan sahibkarlar minimum aylıq əmək haqqının (250 AZN) 25%-i = 62.5 manat, digər sahələrdə çalışanlar 15%-i = 37.5 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək. Qeyd edək ki, Sumqayıt və Gəncə şəhərlərində bu məbləğin 90%-i (56.25 manat və 33.75 manat), digər şəhərlərdə 80%i (50 manat və 30 manat), qəsəbələrdə 60%-i (37.5 manat və 22.5 manat), kənd yerlərində 50%i (31.25 manat və 18.75 manat) miqdarında sosial sığorta haqqı ödəniləcək. 2021-ci ildən isə 5 il müddətinə bu məbləğ regionlar üzrə faiz nisbəti dəyişmədən qalmaqla, tikinti sektoru üçün minimum aylıq əmək haqqının 50%-i = 125 manat, digər sektorlar üzrə 25%-i = 62.5 manat həcmində tutulacaq.
2) Muzdlu işçi cəlb etmədən fərdi qaydada sahibkarlıqla məşğul olan şəxslər üçün yeni sığorta haqları müəyyən ediləcək
– şənliklərdə aparıcı, çalğıçı, rəqqas, aşıq, məzhəkəçilik edənlər minimum aylıq əmək haqqının 5%-i = 12.5 manat
– fərdi foto, audio-video xidməti üzrə fəaliyyət 5% = 12.5 manat
– çəkməçi, pinəçi, saat, məişət avadanlığı təmirçisi, ev və mənzillərdə işləyən qulluqçu, bağban, aşpaz, gözətçi, dayə, fərdi bərbər, dərzi, fərdi sürücü, iaşə müəssisəsində ofisiant, nəqqaşlıq emalatxanasının fəaliyyəti 3% = 7.5 manat
– kənd təsərrüfatına yararlı torpağa görə 5 hektar üçün 2% = 5 manat, 5-10 hektar üçün 6% = 15 manat, 10+ hektar üçün 10% = 25 manat
Torpağı olanlardan başqa digər ödəyicilər üçün bu əmsal Bakı şəhərində 2yə, Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərlərində isə 1.5ə vurulacaq. Bu dəyişiklik 2026-cı ilədək qüvvədə olacaq.
Müəllif: Şəhriyar Həbilov