Sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları müəyyənləşib

“Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi Qaydaları”ı təsdiqlənib.

Nazirlər Kabineti bu barədə qərar verib.

Qiymətləndirilməni həyata keçirən qurum olaraq İqtisadiyyat Nazirliyi müəyyən edilib.

Nazirlər Kabinetindən verilən şərhdə bildirilib ki, qərarın qəbul edilməsi ilə dövlət orqanları (qurumları) tərəfindən sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara göstərilən dövlət dəstəyi mexanizmləri həyata keçiriləcək, həmçinin dəstək göstərən qurumlar tərəfindən sahibkarlıq subyektlərinə göstərilən dəstəklərin səmərəliliyinin qiymətləndirilməsi təmin ediləcəkdir.

Yeni dəstək mexanizmlərinin tətbiqindən öncə onu təklif edən dövlət orqanı (qurumu) tərəfindən dəstək mexanizmlərinin ilkin (proqnoz) qiymətləndirilməsi və hal-hazırda sahibkarlıq subyektlərinə göstərilən dövlət dəstək mexanizmlərinin səmərəliliyinin qiymətləndirilməsi həyata keçiriləcək.

MənbəAPA
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər