Sahibkarlıq subyektlərində yoxlama zamanı götürülən nümunələrin dəyəri ödəniləcək.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihənin 19-cu maddəsi ilə nümunələrin dəyərinin ödənilməsi ilə bağlı təkliflər əks olunub. Təkliflərə əsasən götürülən məhsul nümunələrinin dəyərinin ödənilməsi, onların saxlanılması, tədqiq (sınaq) edilən parametrlərin dəyişməz saxlanılması, daşınması, tədqiqi, alınmış nəticələr barədə məlumat verilməsi, məhsulun daha sonrakı satışı və ya utilizasiyası ilə əlaqədar yaranan xərclər yoxlayıcı orqan tərəfindən ödənilir.