14 C
Baku
Thursday, May 2, 2024

Sahibkarlıqla bağlı AQTA-ya səlahiyyət verildi

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli, “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2008-ci il 20 fevral tarixli 713 nömrəli, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2012-ci il 6 iyun tarixli 648 nömrəli, “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli 713 nömrəli və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 15 fevral tarixli 795 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Prezident Fərman imzalayıb.

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 2 nömrəli əlavəsinin “İdxal” bölməsinin ikinci abzasında “təbabətində” sözü “xidmətində” sözü ilə və “Dövlət Baytarlıq Komitəsi” sözləri “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi” sözləri ilə əvəz edilsin.

2. “Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının “bir pəncərə” prinsipinə uyğun təşkili ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 20 fevral tarixli 713 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 2, maddə 54, № 12, maddə 1064; 2015, № 7, maddə 841; 2016, № 9, maddə 1464; 2018, № 12, maddə 2601) aşağıdakı dəyişikliklər edilsin:
2.1. 3.4-cü bənddə “və 8.1.11-ci maddələrində” sözləri “maddəsində” sözü ilə və “Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə” sözləri “Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin;
2.2. 4.1-ci bənddə “və 8.1.11-ci maddələrində” sözləri “maddəsində” sözü ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.3.5-ci yarımbəndində “baytarlıq tədbirlərinin” sözləri “baytarlıq xidməti və nəzarəti tədbirlərinin” sözləri ilə, “Kənd Təsərrüfatı Nazirliyinin müvafiq xidmətinə” sözləri “Kənd Təsərrüfatı Nazirliyinə və Qida Təhlükəsizliyi Agentliyinə” sözləri ilə əvəz edilsin.
4. “Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1467; 2018, № 4, maddə 687; Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 1 mart tarixli 564 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanları tərəfindən lisenziya verilən fəaliyyət növlərinin siyahısı”nın 20-ci hissəsində “təbabəti” sözü “xidməti” sözü ilə əvəz edilsin.

5. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında aşağıdakı dəyişikliklər edilsin:
5.1. 4.22-1-ci bənddə “maddəsində” sözü “və 289.0.3-cü maddələrində” sözləri ilə əvəz edilsin;
5.2. 4.26-cı bənddə “284.1 və 289.0.3-cü maddələrində” sözləri “284.1-ci maddəsində” sözləri ilə əvəz edilsin

Son xəbərlər
 ⁠
Digər xəbərlər