Azərbaycanda gələn ilin yanvarın 1-dən sahibkarlıqda fəaliyyət göstərən auditorlara verilən icazə ilə bağlı maddədə əlavə redaksiya verilir.
Banker.az xəbər verir ki, bu barədə Milli Məclisin gündəliyinə daxil olan “Lisenziyalar və icazələr haqqında” qanun layihəsində auditorlara verilən lisenziya üçün şəxsin sahibkarlıq fəaliyyətini həyata keçirməsi üçün müəyyən sahədə xüsusi biliklərə malik olduğunu təsdiq edən sənəd tələb olunacaq.
Burada özəl məhkəmə ekspertinin şəhadətnaməsi, auditor adı almaq üçün verilən ixtisas imtahanının nəticələrini təsdiq edən sənədlər nəzərdə tutulub.
Qanun layihəsi bazar ertəsi, yəni 25 noyabr tarixində ikinci oxunuşda səsverməyə çıxarılacaq.