“Əmək qanunvericiliyi ilə bağlı yeni layihələr hazırlanıb və həmkarlarımızla bu istiqamətdə müzakirələr aparırıq”.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev “İnsan Resursları Zirvəsi 2023” tədbirinin açılış mərasimində deyib.
O bildirib ki, hazırda müzakirələr yekunlaşmadığı üçün həmin müddəaları açıqlamaq istəmir:
“Bu gün qeyri-formal məşğulluğa cəlb olunanlar kifayət qədərdir”.