Sahil Babayev ASK prezidentinin oğluna vəzifə veridi – TƏYİNAT

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Dövlət Məşğulluq Xidmətinə yeni rəis təyin edib.

Banker.az bildirir ki, nazirin müvafiq əmri ilə Fuad Məmməd oğlu Musayev Dövlət Məşğulluq Xidmətinin rəisi vəzifəsinə təyinat alıb.

O, bu təyinata qədər həmin xidmətdə rəis müavini işləyib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov xəbəri oxu.az saytına təsdiqləyib.

Qeyd edək ki, Fuad Musayev Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayevin oğludur.