24 C
Baku
Thursday, June 30, 2022

Sahil Babayev: “Azərbaycanda minimum əməkhaqqı artıq MDB məkanında ikinci yerdədir”

“Azərbaycan müstəqillik qazanandan sonra iqtisadiyyat sahəsində yüksəliş qeydə alınıb”.

Bunu ulu öndər Heydər Əliyevin sahibkarlarla görüşünün 20 illiyinə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda keçirilən konfransda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

O bildirib ki, cəmi üç-dörd illik bir dövrdə Azərbaycanda əmək müqavilələrinin sayı 400 min ədəd artıb:

“Bu, 30 faizlik artım deməkdir. Minimum əməkhaqları 2,3 dəfə artıb. Əməkhaqqı fondu iki dəfədən çox artıb. Özəl sektorda əməkhaqqı fondu 2,2 dəfə artıb. Median əməkhaqqı 80 faiz artıb. Orta əməkhaqqı 40 faizdən çox artıb. Bütün bu aparılan islahatların cəmi üç ildə alınan nəticələrdir. Bu islahatlar təkcə dövlət tərəfindən deyil, həm də sahibkarların, işəgötürənlərin bu islahatlara qoşulması ilə reallaşır”.

“Azərbaycanda minimum əməkhaqqı artıq MDB məkanında ikinci yerdədir. Azərbaycanda çox ciddi əmək münasibətləri bazası formalaşıb və şəffaflaşıb”, – deyə o qeyd edib.

Son xəbərlər
Oxşar xəbərlər