14 C
Baku
Tuesday, December 2, 2025

Sahil Babayev: “Azərbaycan gəlir vergisinin dərəcəsini 50 % aşağı salır”

Azərbaycan gəlir vergisi ilə bağlı daimi güzəştli rejim tətbiq edir, bu verginin dərəcəsini 50 % aşağı salır.

Bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

“Qanuna dəyişiklik edilməsəydi 2 500 manata qədər gəlir 14 %-lə, 2500 manatdan artıq gəlir isə 25 %-lə cəlb ediləcəkdi. Lakin Azərbaycan hökuməti yenə də özəl və qeyri-neft-qaz sektorunun inkişafını, bu sektorun ehtiyacını nəzərə alaraq növbəti böyük güzəştli rejim tətbiq edir, 14 %-lik vergini 7 %-ə salırıq. Özü də bunu tədricən edirik.

Yəni, 2026-cı ildə muzdla işləyənlərin böyük əksəriyyətini əhatə edən 2500 manata qədər gəliri olan şəxslərin ödəyəcəyi gəlir vergisi cəmi 3 %-dir. ​Və mən bir daha da həm hörmətli həmkarlarıma, deputatlarımıza, eyni zamanda ekspertlərimizə çağırış edirəm ki, istənilən ölkənin vergi rejimini araşdırsınlar və görsünlər gəlir vergisinin 3 % olduğu necə ölkə var. Bu, çox böyük bir güzəştdir və Azərbaycan hökumətinin özəl sektorun inkişafı üçün yaratdığı növbəti imtiyazdır”, – deyə o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər