13 C
Baku
Çərşənbə, Dekabr 1, 2021

Sahil Babayev: “Bu günədək 41 minə yaxın şəxsə təkrar əlillik təyin edilib”

“Zəfər müharibəsindəki Azərbaycanın möhtəşəm qələbəsi şəhidlərimizin və qazilərimizin hesabına əldə olundu”.

Bunu Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, ötən ilin son günlərində Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinin və müharibə iştirakçılarının müavinat və təqaüdlərinin ciddi şəkildə artırılmasına dair qərar verildi:

“Bununla da şəhid ailələri və müharibə iştirakçılarına verilən təqaüdlər 2 dəfə artırıldı. Bundan başqa şəhid ailələrinə və müharibə iştirakçılarına mənzillərin və fərdi evlərin verilməsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən iki sərəncam imzalanılıb. Təkcə bu il 3000 ailənin mənzil və fərdi yaşayış evləri ilə təmin edilməsinə qərar verilib. Bugünkü tədbirimizi də nəzə alsaq bu günə qədər 1700 ailəyə mənzil və fərdi yaşayış evləri təyin edilib. Bundan başqa əhalinin digər həssas kateqoriyadan olan hissəsini də nəzərə alsaq bu günə qədər 2000 ailəyə fərdi yaşayış evləri və mənzillər verilib. Digər tərəfdən Vətən müharibəsi iştirakçısı və əlillərinin avtomobillə təmin olunması üzrə proqram davam edir. Cari ildə 144 avtomobil Vətən müharibəsində əlil olan qazilərimizə verilib. Müharibə iştirakçılarına sosial psixoloji dəstəklərin göstərilməsi üçün isə ciddi işlər görülür”.

 

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər
X