“Azərbaycanda aparılan islahatlar biznes mühitinin daha da yaxşılaşdırılmasına, sahibkarlara daha yaxşı şərait üçün imkan yaradır”. Bunu “Şərq tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsi çərçivəsində Bakıda keçirilən tədbirdə çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
S.Babayevin sözlərinə görə, bu gün Azərbaycan iqtisadiyyatının 80%-i özəl sektorun payına düşür: “Bu vaxta qədər ixracda qeyri-neft sektorunun payı 40%-ə çatırdısa, hazırda bu rəqəm 70%-ə bərabərdir. İqtisadiyyatın diversifikasiyası üçün də kompleks işlər aparılır”.
Nazir müavini deyib ki, yaxın günlərdə ixracatçılar klubunun növbəti tədbiri keçiriləcək, bu da ixracatçılara müsbət şəraitin yaradılmasına xidmət edir.