Bu gün Azərbaycanda median pensiya 360 manata çatıb.
Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, bu, median əməkhaqqının 70 faizindən azdır: “Məbləğ olaraq götürəndə artım son 4 il ərzində 2,5 dəfədir, median pensiyada kifayət qədər ciddi artım var. Orta pensiya məbləği üçün rəqəmlər də açıqlanıb. Cari il üçün 483 manat, növbəti il üçün yaşa görə pensiya 516 manat proqnozlaşdırılır. Median pensiya nəyə görə orta pensiyadan aşağıdır? Median ən yuxarı alandan ən aşağı alana qədər sıraya düzülür və ən ortadakı adam götürülür. Median pensiya dünyanın əksər ölkələrində orta pensiyadan aşağıdır. Amma məsələ nə qədər aşağı olmasıdır. Bizdəki göstərici kifayət qədər yaxşı görünür”.
Sahil Babayev qeyd edib ki, ümumiyyətlə, median pensiya və median orta əməkhaqqı ilə orta pensiya, orta əməkhaqqı fərqli olur.