Sahil Babayev monteneqrolu sahibkarları Azərbaycana sərmayə qoymağa çağırır

0

Azərbaycan şirkətləri Avropa və Balkan ölkələrinin bazarlarına çıxmaq üçün Monteneqrodan istifadə edə bilər. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev belə hesab edir.

“Bizim siyasi münasibətlərimiz çox yüksək səviyyədədir və bu, iqtisadi əməkdaşlıq üçün gözəl imkanlar yaradır. 2018-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb, lakin bu, bütün potensialı əks etdirmir”, – deyə S.Babayev bu gün Bakıda keçirilən Azərbaycan-Monteneqro biznes forumunda bildirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Nazirin sözlərinə görə, Azərbaycan Monteneqroda iri turizm mərkəzinin tikintisinə sərmayə qoyub, digər sahələrə də investisiya yatırılır. “Biz energetika, alternativ enerji, humanitar, nəqliyyat və digər sahələrdə əməkdaşlıq edirik. Bugünkü forumda hər iki ölkədən 150 şirkət iştirak edir və mən iş adamlarını birgə layihələr həyata keçirməyə dəvət edirəm”, – deyə o qeyd edib.

S.Babayev, həmçinin Monteneqro iş adamlarına Azərbaycan iqtisadiyyatına, xüsusilə kənd təsərrüfatı və sənaye sahələrinə investisiya qoymağı təklif edib. “Monteneqro Azərbaycan mallarının Balkan ölkələrinə və Avropaya, Azərbaycan isə Monteneqro mallarının Cənubi Qafqaz və MDB ölkələrinə girişini təmin edən qapıdır”, – deyə nazir əlavə edib.

İnterfax Azərbaycan