“Bu ayın pensiya ödənişləri qrafik üzrə verilməyə başlayıb. Artıq 10-dan çox rayonun pensiyaları ödənilib”.
Banker.az bildirir ki, bunu Report-a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.
S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: “Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək”.