7 C
Baku
Thursday, December 12, 2024

Sahil Babayev: “Yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir”

“Əsassız müxtəlif qərarlarla saxta pensiya işlərinin formalaşdırılması və bunun hesabına köhnə dövrə yaradılan təxminən 60-80 milyon manat ödəmələrin qarşısı alınıb”.

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev noyabrın 10-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, arxiv sənədlərin mərkəzləşdirilməsi də həyata keçirilir: “Bu çərçivədə yüksək məbləğli pensiyalar üzrə saxtalaşdırılmış işlərin hamısı ləğv edilir. Növbəti il üçün işsizlikdən sığorta fondu 180 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu cari illə müqayisədə 14 % artım deməkdir”.

Son xəbərlər
Digər xəbərlər