17 C
Baku
Çərşənbə axşamı, Sentyabr 28, 2021

Sahil Babayevin müşaviri sığorta şirkətinin rəhbərliyinə təyinat aldı

Screen Shot 2021 09 02 at 14.34.20

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətinin çoxdandır vakant qalan rəhbər vəzifəsinə təyinat olub.

Banker.az xəbər verir ki, “A-Qrup” Sığorta Şirkəti ASC-nin (A-Group) Direktorlar Şurasına yeni üzv seçilib. Bu, Bayramov Anar Məhərrəm oğludur.

A.Bayramov 2021-ci ilin aprelində Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin müşaviri təyin edilmişdi. O, buna qədər isə “A-Qrup”un İdarə Heyətinin sədri vəzifəsində idi.

Bu fakt da qeyd edilməlidir ki, “A-Qrup”un 2021-ci ilin aprelinə Direktorlar Şurasında üzv kimi Çingiz Əsədullayev idi, həmin tarixdə şirkətin rəhbərliyini tərk etmişdi. Hansı ki, Əsədullayev vaxtı ilə lisenziyası ləğv edilmiş “AGBank” ASC-nin rəhbəri və səhmlərinin bir hissəsinin sahibi idi.

Anar Bayramov 1975-ci ildə Bakıda anadan olub. 1991-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub. Tibb Universitetinin Daxili xəstəliklər və Reanimatologiya kafedrasının kliniki ordinatoru, sonradan aspirantı kimi çalışıb. 1998-ci ildən “MediClub” klinikasında həkim vəzifəsində çalışıb. 2003-cü ildən tibb üzrə fəlsəfə doktorudur. 2002-ci ildən “A-Group” Sığorta Şirkətinin baş tibbi eksperti vəzifəsində çalışıb. Həmin ildən baş direktorun müavini, 2004-cü ildən baş direktor təyin edilib.

2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini fərqlənmə diplomu ilə bitirərək İqtisadiyyat və İdarəetmə ixtisası üzrə magistr dərəcəsini alıb. 2009-cu ildən 2021-ci ilin aprelinə qədər “A-Group” Sığorta Şirkətinin İdarə Heyətinin Sədri olub.

Bundan başqa 2006 – 2014-cü illərdə Azərbaycan Sığortaçilar Assosiasiyasinin Tibbi Sığorta Komitəsinin sədri olub.

Xatırladaq ki, “A-Qrup Sığorta” 1995-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10,005 milyon manatdır. Əsasən tibbi sığorta üzrə ixtisaslaşmış şirkətin səhmləri 100 % Sabir Adna oğlu Adnayevə (Direktorlar Şurasının sədri) məxsusdur.

Screen Shot 2021 09 23 at 11.36.43
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər