Sahil Ticarət mərkəzi “Azsığorta” şirkətində sığortalanıb. Dəymiş zərər hələ tam məlum deyil. Yalnız araşdirmalar qurtardıqdan sonra sığorta ödənişinin tam məbləği bilinəcək.
Ölkədə sığorta bazarında olan boşluqladan biri də elə budur ki, demək olar ki, hər zaman hər hansı bir sığorta məbləğinin bilinməsi üçün təxminən 1 ay vaxt tələb olunur.
Avtomobil qəzası baş verdikdə isə sürücülər bəzən daha artıq müddətə təmir növbəsində dayanırlar. Başqa bir ustaya getmək isə mümkün olmur. Çünki elə olan təqdirdə sığorta şirkəti zərərçəkmişə pul ödəməyəcək, yəni zərərçəkmiş o halda həmin maddi ziyanı özü ödəməli olacaq. Buna görə də həmin şəxslər gözləmək məcburiyyətində qalırlar. Bu isə vaxt itkisidir.
Xatırlatmaq istərdik ki, Bakıda “Sahil” ticarət mərkəzində yanğın martin 12-i səhər saatlarında baş verib. Yanğının baş verdiyi ticarət mərkəzi metronun “Sahil” stansiyasının üstündəki çoxmərtəbəli binada yerləşir.