25 C
Baku
Saturday, July 27, 2024

Sahildə unikal formatlı elektronika mağazası təqdim olundu

Ölkənin lider şəbəkələrindən olan “Kontakt” smart konseptli “Sahil” mağazasını tam yeni formatda müştərilərinə təqdim etdi. 

“Kontakt”-ın unikal dizaynlı mağazası Sahilə yeni gənclik dalğası gətirdi. Çünki bu mağaza ruhu gənc olan hər kəsin ürəyinə yaxın olan atmosferi özündə cəmləşdirir. Bunu nəzərə alan “Kontakt” açılış mərasimini də məhz bu yöndə etdi. 

Beləliklə, “Sahil” mağazasının rəsmi açılış mərasimində ziyarətçilər texnolojı suallara cavab tapıbdılar, Playstation oyunları oynadılar, sosial şəbəkələr üzərində müsabiqələrə qoşuldurlar. 

kontakt22

Bu sevinc yalnız oyun həyəcanı ilə bitmədi, çünki oyunlarda iştirak edənlər həm də şəbəkədən çox dəyərli hədiyyələr qazandılar.

kontakt33

 Üstəlik açılışa özəl 50 %-dək endirim və 18 ayadək faizsiz kredit kampaniyasından da yararlandılar. 

Bütün bunların canlı şahidi olmaq üçün videonu izləyin

BÜTÜN SMART MƏHSULLAR BİR ARADA

“Sahil” mağazasının 1-ci mərtəbəsində smartfonların, notbukların, planşetlərin, elektrikli nəqliyyat vasitələrinin və velosipedlərin, 2-ci mərtəbəsində isə televizorlarının geniş çeşidi təqdim olunub. 

kontakt44

Əlavə olaraq, mağazaya skuterlə gələn müştərilər nəqliyyatını mağazanın çölündə saxlamağa məcbur olmayacaq, elə onunla mağazada hərəkət də edə biləcəklər. 

kontakt55

Mağazada hətta hərəkət xətləri, parkinq zona və piyada keçid zolaqları da mövcuddur.

kontakt66

 Bu unikal mağaza barəsində çox danışmaq olar, yaxşısı öz gözlərinizlə görməkdir. Çünki açılışa özəl endirim kampaniyası hələ davam edir!

AÇILIŞA ÖZƏL 50 %-DƏK ENDİRİMLƏR, ÇOX SƏRFƏLİ KREDİT ŞƏRTLƏRİ

Açılış münasibətilə iyulun 18-dək “Sahil” mağazasının müştərilərini:

– Nağd alışda hər növ smart məhsula 50 %-dək endirimlər;

– Kreditlə alışda isə smartfonlara, elektrikli nəqliyyat vasitələrə və velosipedlərə 12 ay faizsiz, bütün televizorlara isə 18 ay faizsiz təkliflər gözləyir.

Beləliklə, açılış münasibətilə “Kontakt Smart – Sahil” mağazasında:

kontakt77

Qeyd edək ki, “Kontakt” hazırda “Dyson”, “Electrolux”, “WAHL”, “Toshiba”, “Black&Decker”, “Hoffmann” kimi dünya brendlərinin Azərbaycanda eksklüziv distribyuteri, “Samsung”, “LG”, “Bosch”, “Huawei”, “Realme”, “Sony”, “Panasonic”, “BQ”, “Sonorous”, “Elari”, “Thomas”, “Beurer”, “Karcher”, “H Gala”, “Cassore”, “Simge” mobilya kimi 30-dan çox beynəlxalq brendin rəsmi distrübyuteri, “Apple” brendinin ölkəmizdəki rəsmi satış mərkəzidir.

Hazırda şəbəkənin ölkə üzrə ümumilikdə 31 mağazası və kontakt.az onlayn mağazası fəaliyyət göstərir. Sizə ən yaxın “Kontakt Home” mağazasını buradan tapa bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər