Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində yeni təyinat olub.
Banker.az xəbər verir ki, Şahin Babayev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin əmri ilə müşaviri təyin edilib.
Ş.Babayev 2021-ci ilin martında bu Nazirliyə təyinat alıb. Belə ki, buna qədər Babayev nazirliyin Maliyyə departamentinin mühasibat və hesabatlılıq qrupunun rəhbəri idi.
Nazirliyə qədər isə “AzInTelecom” MMC-nin, “Aztelekom” MMC-nin, “Azercell Telekom” MMC-nin və “Baku Bus” MMC-nin İdarə Heyətinin üzvü vəzifələrində çalışıb.
Ş.Babayev Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İqtisadiyyat və hüquq üzrə bakalavr təhsili alıb, eləcə də Dyuk Universitetində Adaptiv strateji idarəetmə layihəsində iştirak edib.